“Meymunçiçəyinə yoluxma sayı 10 minə yaxınlaşdı” - ÜST

“Meymunçiçəyinə yoluxma sayı 10 minə yaxınlaşdı” - ÜST ÜST bütün dünyada meymunçiçəyi virusunun yayılmasının davam etdiyini və yoluxma sayının 10 minə yaxınlaşdığını açıqlayıb.
Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahda keçirilən mətbuat konfransında danışıb.
Baş direktor virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə 9200 hadisəni təsdiqlədiklərini qeyd edib.
Qebreyesus, virus səbəbilə fövqəladə vəziyyət elan edilməsi ehtimalı ilə əlaqədar olaraq, “Fövqəladə Hallar Komitəsi gələn həftə meymunçiçəyi yoluxmalarındakı tendensiyanı və virusla mübarizə üsullarının effektivliyini qiymətləndirmək üçün toplanacaq. Ölkələrin bu epidemiya ilə necə mübarizə aparmalı olduqları ilə bağlı məsləhətlər veriləcək” bildirib.
O, ÜST-nin meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da vurğulayıb:
“ÜST olaraq epidemiya ilə bağlı əlavə araşdırmalar üçün müxtəlif ölkələr və mütəxəssislərlə danışıqlarımızı davam etdiririk”.

Tehsil-press.az



Oxşar xəbərlər