Dünyada koronavirusa yoluxanların sayı 400 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı 400 mini ötdü COVİD-19 virusuna yoluxanların sayı dünya üzrə 407,633 minə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, koronavirus epidemiyasından ölənlərin sayı 17,501 nəfərdir.
100 mindən çox şəxs xəstəlikdən sağalıb. Hazırda dünya üzrə 280,510 aktiv xəstə var.
Epidemiya ümumilikdə 196 ölkədə yayılıb.
Gün ərzində virusa yoluxma halı ən çox Amerika Ştatlarında müşahidə olunub. Belə ki, 5637 yeni yoluxma halı ilə ABŞ dünya statistikasında İspaniyanı qabaqlayaraq 3-cü yerə yüksəlib.
İlk iki yeri isə Çin və İtaliya tutur. İtaliyada yeni yoluxma və ölüm halı qeyd olunmasa da, bu günə kimi 6 min insan tələfatı və 64 minə yaxın yoluxma halı ilə ikinci sıradadır.
Virusun yayıldığı Çində isə vəziyyət müsbət istiqamətdə stabil olaraq davam edir. Ölkədə 81,171 koronavirus daşıyıcısından 73,159 nəfəri artıq sağalaraq evinə geri dönüb.

Tehsil-press.az

Oxşar xəbərlər