
Görüşdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təqdimatla çıxış edib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Oktay Abdullayev görüşün mahiyyəti barədə danışıb. Təhsil İnstitutunun ibtidai təhsil üzrə təlimçisi Vəfa Məmmədova sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, çərçivə sənədi və ibtidai təhsil üzrə nümunə test tapşırıqlarını izah edib.
Görüşdə Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az