“İbtidai təhsil - inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

“İbtidai təhsil - inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə ölkənin müxtəlif ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri ilə “İbtidai təhsil - inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanın keçirilməsində məqsəd ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə bir sıra məsələlərlə bağlı təhsilverənlərin təkliflərini dinləmək, yeniliklərə dair müzakirələr aparmaq olub. Tədbirdə ümumi təhsil müəssisələrində təlim, öyrədici mühit, qiymətləndirmə praktikası və mövcud problemlər, diferensiasiya, müəllim əməkdaşlığının öyrətməyə təsiri, eləcə də dərsliklərə dair məsləhətləşmələr aparılıb.
Təhsil Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən müzakirələrdə dövlət və özəl ümumi təhsil müəssisələrinin təcrübəsi, paytaxt və bölgə müəllimlərinin mövcud öyrətmə problemləri də nəzərdən keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər