Yaponiyada koronavirusa gündəlik yoluxma maksimum həddə çatdı

Yaponiyada koronavirusa gündəlik yoluxma maksimum həddə çatdı Yaponiyada koronavirusa yoluxma sayında gündəlik artım pandemiyanın başlanğıcından bu yana mütləq maksimumu yeniləyib.
Belə ki, ölkədə son sutka ərzində koronavirusa 110 670 yoluxma qeydə alınıb.
Bununla da fevralın 1-də 104 484 yoluxma hadisəsinin qeydə alındığı tarixi maksimum yenilənib.
Yaponiyada pandemiya başlayandan bu yana 10 milyondan çox insan koronavirusa yoluxub, 31,5 minə yaxın insan virus səbəbindən həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər