ABŞ-da sutkada 67 mindən çox insan koronavirusa yoluxub

ABŞ-da sutkada 67 mindən çox insan koronavirusa yoluxub ABŞ-da sutka ərzində aşkar edilən yeni koronavirusa yoluxma hallarının sayı rekord həddə çatdı və 67 mini keçib.
Bunu Con Hopkins Universitetinin saytında yerləşdirilən məlumatda bildirilib.
Məlumata əsasən, ABŞ-da 15 iyulda 67,3 min koronavirusa yoluxma halı, 14 iyulda isə 67,4 min yoluxma halı təsdiqlənib.
Son həftələrdə Florida, Arizona, Texas və Kaliforniya da daxil olmaqla ABŞ-ın bir neçə ştatında Rekord xəstələnmə göstəricləri qeydə alınıb.
Bununla əlaqədar, yerli hakimiyyət orqanları sanitariya məhdudiyyətlərinin yüngülləşdirilməsi və ya ləğv edilməsi prosesini dayandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər