Dünya üzrə koronavirusa yoluxma sayında rekord

Dünya üzrə koronavirusa yoluxma sayında rekord Son 24 saatda dünya üzrə koronavirusa yoluxma sayında rekord göstərici qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb.
ÜST-ün açıqladığı son statistikaya görə, ötən gün ərzində dünya üzrə 183 020 insan koronavirusa yoluxub. Bununla bu günə qədər virusa yoluxanların ümumi sayı 9 060 780-ə çatıb. Onlardan 470 939 nəfəri xəstəlik səbəbindən həyatını itirib, 4 847 018 pasiyent isə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxma sayında sonuncu günlük rekord 18 iyunda (181 232) qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər