Tehranda Astana üçlüyünün sammiti başa çatdı

Tehranda Astana üçlüyünün sammiti başa çatdı Tehranda Suriyadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İranın dövlət başçısı İbrahim Rəisinin iştirakı ilə Astana formatında üçtərəfli görüş keçirilir.
Liderlər Suriyadakı son hadisələri, xüsusilə oradakı terrorçu silahlı qüvvələrin tamamilə məhv edilməsi istiqamətində atılan addımları müzakirə ediblər. Bundan əlavə, prezidentlər Ukrayna münaqişəsi və bir sıra digər beynəlxalq məsələlərə də toxunublar.
Üçtərəfli görüşdən sonra prezidentlərin bəyanatlarla çıxış edəcəyi gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.
Görüşün sonunda birgə bəyannamə qəbul edilib.
Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.
Qeyd edək ki, növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq verilib.

Tehsil-press.az

Oxşar xəbərlər