
Valideyn (qanuni nümayəndə) qeyd olunan sənədləri məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir.
Xatırladaq ki, uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir. İyulun 18-dən etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Proses sentyabrın 14-dək davam edəcək. Elektron qəbul sistemi 15-21 sentyabrda qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Bu proses bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Tehsil-press.az