Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1567 tankı, 3704 zirehli döyüş maşını, 778 artilleriya sistemi, 243 reaktiv yaylım atəşi sistemi, 102 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 185 helikopteri, 2589 avtomobil texnikası və yanacaq çəni, 14 gəmi/kateri, 636 dronu, 61 xüsusi avadanlığı, 139 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 35 250-yə qədər canlı qüvvə itirdiyini bəyan edib.

Tehsil-press.az



Oxşar xəbərlər