Rusiyada meymunçiçəyi xəstəliyinin yayılması riski qiymətləndirilib

Rusiyada meymunçiçəyi xəstəliyinin yayılması riski qiymətləndirilib Rusiyada meymunçiçəyi xəstəliyinin yayılması riski çox aşağıdır.
Bu fikri Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova söyləyib.
Onun sözlərinə görə, ölkədə meymunçiçəyinə yeganə yoluxma faktı vaxtında aşkarlanıb və xəstəliyin yayılmasının qarşısı alınıb.
Xatırladaq ki, iyulun 12-də Portuqaliyadan səfərdən qayıtmış Sankt-Peterburq sakinində meymunçiçəyi aşkar edilmişdi. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Tehsil-press.az



Oxşar xəbərlər