Bir qızıl, iki bürünc

Bir qızıl, iki bürünc Yeniyetmə boksçularımız 3 medal qazanıblar.
Yeniyetmə boksçular arasında Serbiyanın Vrbas şəhərində beynəlxalq turnir keçirilib.
Azərbaycan millisinin 1 qızıl və 2 bürünc medal qazandığı yarışda 24 ölkənin idmançıları mübarizə aparıb.
Yığmamızın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda hindistanlı Abhimanyu Louranı böyük hesabla məğlub edərək çempion adını qazanıb.
Digər boksçularımız Əli Zamanovla (48 kq), Əzrak Bəbirov (54 kq) 3-cü yerlə kifayətlənərək komandamızın medal sayını 3-ə çatdırıblar.
Qeyd edək ki, turnirdə millimiz 8 boksçu ilə təmsil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər