AzMİU-nun müəllimləri Yıldız Texniki Universitetində tədqiqat işi aparır

AzMİU-nun müəllimləri Yıldız Texniki Universitetində tədqiqat işi aparır Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri Türkiyənin Yıldız Texniki Universitetində elmi ezamiyyətdə olublar.
Sənayenin təşkili və idarəedilməsi kafedrasının doktorantı Orxan Naqdiyev, İqtisadi nəzəriyyə və marketinq kafedrasının doktorantı İsa Muradov səfər çərçivəsində doktorantura təhsili ilə əlaqədar müxtəlif kafedralarda görüşlərə qatılıb, kitabxanada araşdırma aparıblar.
Yıldız Texniki Universitetinin İqtisadiyyat və idarəetmə elmlər fakültəsinin İqtisad kafedrasında doktorantura səviyyəsində elmi tədqiqat aparan müəllimlərimizə kafedra müdiri professor Murat Anil Mərcan yaxından kömək edib. AzMİU-nun əməkdaşları Yıldız Texniki Universitetinin Beynəlxalq əlaqələr koordinatoru Murat Turahan ilə də görüşüb, əməkdaslığın genisləndirilməsi və davamlı olması məsələlərini müzakirə ediblər.
Elmi ezamiyyət AzMİU ilə Yıldız Texniki Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində reallaşdırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər