Koşitse Texniki Universitetinin nümayəndələri AzMİU-da

Koşitse Texniki Universitetinin nümayəndələri AzMİU-da Bu gün Slovakiyanın Koşitse Texniki Universitetindən gələn nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. “Qafqazinfo” xəbər verir ki, qonaqlar əvvəlcə Nəqliyyat fakültəsində olublar, fakültə rəhbərliyi ilə görüşüb, ikitərəfli əlaqələr, görüşlər, gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.
Sonra qonaqları AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə universitetin prorektorları, dekanlarla yanaşı, Slovakiyanın Prospol LTD şirkətinin nümayəndələri də iştirk edib.
Rektor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-nun Nəqliyyat fakültəsi ilə sözügedən universitet arasında bağlanmış Memoranduma əsasən, universitetlərin müəllimləri fəal şəkildə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan rektor bu görüşün ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, faydalı nəticələri olacağına ümidvar olduğunu bildirib. Sonra o, universitetin beynəlxalq əlaqələri, Avropa universitetləri ilə əməkdaşlıq, Avropa Birliyinin maliyyələşdirdiyi beynəlxalq layihələrdə iştirak, ikili diplom layihələri və s. barədə qonaqlara ətraflı məlumat verib.
Koşitse Texniki Universitetinin İnşaat fakültəsinin dekanı Piter Mesaros bildirib ki, AzMİU-nun Nəqliyyat fakültəsi ilə bağlanmış Memorandum çərçivəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı ola bilər. Qonaq təmsil etdiyi universitetdə memarlıq və inşaat fakültələrinin olduğunu, gələcək əməkdaşlıq üçün bu detalların nəzərə alınmasını təklif edib.
Görüşün sonunda qonaqlar rektora xatirə hədiyyələri təqdim ediblər.

AzMİU-nun Mətbuat Xidməti


Koşitse Texniki Universitetinin nümayəndələri AzMİU-daKoşitse Texniki Universitetinin nümayəndələri AzMİU-da

Oxşar xəbərlər