
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Bu, çox güman, yalnız ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədi olan şeydən yayına bilməyəcək”, - Peskov qeyd edib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirmişdi ki, Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod üçün torpaq sahəsi alıb.
Tehsil-press.az