
O, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirib. 10 və 11-ci siniflərdə Riyaziyyat üzrə Respublika fənn olimpiadasının qaliblərindən olub.
Ziya Məlikov buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal - 400 olmaqla ümumilikdə 692,3 bal toplayıb. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almağı və Prezident təqaüdçüsü olmağı arzulayır.
O bildirir ki, fənn olimpiadalarının qalibləri imtahansız universitetə daxil olmaq imkanına malik olsalar da, məhz arzuladığı ixtisasda təhsil almaq və Prezident təqaüdünə layiq görülmək üçün qəbul imtahanlarına qatılıb.
Tehsil-press.az