Respublika fənn olimpiadalarının qalibləri məlum olub

Respublika fənn olimpiadalarının qalibləri məlum olub 21-23 aprel 2017-ci il tarixlərində Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 242 qalib müəyyən edilib. Belə ki, 43 nəfər şagird qızıl, 82 nəfər gümüş, 117 nəfər isə bürünc medala layiq görülüb.
Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytından əldə etmək mümkündür.
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasiminin mayın sonunda keçirilməsi nəzərdə tutulur.
Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. “Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində yaxından iştirak edib.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti

Oxşar xəbərlər