Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə 4-7 dekabr tarixlərində Quba rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi keçiriləcək.Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.
Tehsil-press.az










