Polimer Materialları İnstitunun aliminin rəyçi fəaliyyəti yüksək qiymətləndirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov "Известия высших учебных заведений" (Ali təhsil müəssisələrinin xəbərləri) серия "Химия и химическая технология" (Kimya və kimya texnologiyası) (ChemChemTech) jurnalında dərc olunan məqalələrə verdiyi yüksək keyfiyyətli rəylərin nəşrin materiallarının səviyyəsini artırdığı və fikirlərinin müəlliflərə qazandırdığı dəyər üçün jurnalın baş redaktoru kimya elmləri doktoru V.V. Rıbkin tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılıb.
Qeyd edək ki, jurnal SCOPUS, ESCI Web of Science, Chemical Abstracts Service (CAS) və s. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxildir.
Tehsil-press.az
- Baxış: 84
Xəbərin tarixi: 02.12.2025 / 18:08
-
Oxşar xəbərlər