İngilis dilini öyrənən azyaşlılar üçün imtahana qeydiyyat başlanır

İngilis dilini öyrənən azyaşlılar üçün imtahana qeydiyyat başlanır Dövlət İmtahan Mərkəzi (DİM) “Cambridge Assessment English”in rəsmi test mərkəzi kimi “Azyaşlı öyrənənlər” (Young Learners) üçün imtahana qeydiyyat elan edir.
İmtahan azyaşlılar üçün hazırlanmış hər üç kvalifikasiya (PreA1 Starters, A1 Movers və A2 Flyers) üzrə keçirilir. Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat ilə təmin edilir.
İmtahan noyabrın 26-da keçiriləcək. Qeydiyyat oktyabrın 12-dək aparılır.
Qeydiyyat barədə ətraflı məlumatı keçid vasitəsilə və ya [email protected] ünvanına müraciət edərək əldə etmək mümkündür.
Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Kembric ingilis dili üzrə qiymətləndirmə)”, “Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris)” və “LinguaSkill” imtahanlarını da təklif edir.

Tehsil-press.az



Oxşar xəbərlər