TKT imtahanlarına qeydiyyat davam edir

TKT imtahanlarına qeydiyyat davam edir Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat davam edir.
“Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının 1, 2, 3, YL (azyaşlı öyrənənlər) və CLIL (dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.
İmtahan oktyabrın 29-da keçiriləcək. Qeydiyyat sentyabrın 15-dək aparılır.
Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili üzrə qiymətləndirmə), Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris) və LinguaSkill imtahanlarını təklif edir.
“Cambridge” imtahanlarına qeydiyyat və ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Tehsil-press.az


Oxşar xəbərlər