
Abituriyentlərin sənəd qəbulu onlayn aparılir. Bununla yanaşı, universitetdə qeydiyyatla bağlı sənəd qəbulu komissiyası yaradılıb. Universitetə qəbul olunmuş abituriyentlər, həmçinin onların valideynləri komissiyaya öz sual və müraciətlərini ünvanlayırlar. Komissiya üzvləri tərəfindən onlara ətraflı izahlar verilir.
Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu sentyabrın 12-dək onlayn aparılır. Abituriyent müvafiq sənədlərin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir.
Tehsil-press.az