Bakı Slavyan Universitetinə qəbul olmuş abituriyentlərin qeydiyyatı başlanır

Bakı Slavyan Universitetinə qəbul olmuş abituriyentlərin qeydiyyatı başlanır Bu gündən etibarən Bakı Slavyan Universitetinin bakalavr pilləsinə qəbul olmuş abituriyentlərin qeydiyyatı başlanır.
2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu sentyabrın 12-dək onlayn aparılacaq. Abituriyent sənədlərinin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir. Portalda qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
Tələb olunan sənədlər:
-Tam orta təhsil haqqında sənəd;
-Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd (oğlanlar üçün);
-Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün).
Sənədlərin əsli (siyahıya əlavələr oluna bilər) dərs başlayan zaman təqdim olunacaq. Qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyasına müraciət etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər