Azərbaycan Dillər Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq

Azərbaycan Dillər Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olmuş abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq.
2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu sentyabrın 2-dən 12-dək davam edəcək. Abituriyent sənədlərinin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir. Portalda qeydiyyata düşməyən şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
Tələb olunan sənədlər:
-Şəxsiyyəti təsdiq edən sənəd;
-Tam orta təhsilini başa vurması haqqında sənəd;
-Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd (oğlanlar üçün);
-Sağlamlıq haqqında tibbi arayış;
-3/4 ölçüdə fotoşəkil;
-Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün);
-Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri (vəsiqələri).
Sənədlərin əsli (siyahıya əlavələr oluna bilər) dərs başlayan zaman təqdim olunacaq.
Qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyasına müraciət etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər