Serbiyada süd ixracı qadağan olunub

Serbiyada süd ixracı qadağan olunub Serbiya hökuməti sentyabrın sonuna qədər süd və bəzi süd məhsullarının ixracına qadağa qoyub.
Hökumətin bu qərarı süd və süd məhsulları üçün müəyyən edilmiş maksimum qiyməti keçməmək və tədarükü təmin etmək məqsədi daşıyır. Maksimum qiymət çərçivəsində 2,8 faiz yağlı süd bu gündən etibarən 128 dinara (1,1 avro) satılacaq.
Serbiyanın ixrac qadağası ilə bağlı qərarı “Açıq Balkan” təşəbbüsünə qoşulan ölkələrdən Şimali Makedoniya və Albaniyaya şamil olunmayacaq.
Qeyd edək ki, ötən günlərdə Serbiyanın kənd təsərrüfatı istehsalçıları artan xərclər, yüksək yem qiymətləri və quraqlıq səbəbindən süd istehsalının azaldığını açıqlamışdılar.

Tehsil-press.az


Oxşar xəbərlər