Azərbaycan Dillər Universitetində I kurs tələbələri üçün tanışlıq tədbiri təşkil edilib

Azərbaycan Dillər Universitetində I kurs tələbələri üçün tanışlıq tədbiri təşkil edilib Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Təşkilatı ali təhsil ocağına bu il qəbul olunan tələbələr üçün tanışlıq tədbiri təşkil edib.
Tədbirdə universitetin rektoru akademik Kamal Abdulla tələbələri və onların valideynlərini təbrik edib, dərslərində onlara uğurlar arzu edib. Akademik Kamal Abdulla bildirib ki, Azərbaycan alnıaçıq, üzüağ şəkildə öz həyatını yaşayır, xoş gələcəyinə doğru inamlı şəkildə addımlayır: “Bunun üçün biz, ilk növbədə, Prezidentimizə minnətdarıq. Prezident Azərbaycanın şanlı qələbələr günlərini təmin etdi. Tələbələr öz həyatları, bilikləri, gələcək fəaliyyətləri ilə Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Mən də, həmkarlarım da sizin gəlişini gözləyirdik. İnanıram ki, əl-ələ verib dörd il ərzində bu ağır, amma şərəfli yolu sizinlə birlikdə keçəcəyik. Mənim bir devizim var: Heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəyəm. Amma heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Addımlarınız uğurlu, seçiminiz xeyirli olsun”.
Daha sonra fərqlənən yuxarı kurs tələbələrinə təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər