
Məlumatda qeyd olunur ki, Xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub:
“Bundan əlavə, tədris ili ərzində Kamal Abdulla sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib.
Final seçki statusu 3 günə 100.000 nəfər görülmə (post reach) ilə rekord vurub. Bu, akademik Kamal Abdullanın və tələbələrinin qələbəsidir! Təbrik edirik!” – deyə, məlumatda qeyd olunur.
Qeyd edək ki, soğruda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı ölkəmizin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib.
ADU-nun Mətbuat Xidməti