Pedaqoji Universitetin rektoru yeni qəbul olunan tələbələrlə görüşüb

Pedaqoji Universitetin rektoru yeni qəbul olunan tələbələrlə görüşüb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi yeni qəbul olunmuş tələbələrlə görüşüb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov, prorektorlar və müvafiq fakültə dekanları tədris auditoriyalarında birinci kurs tələbələri ilə görüşərək onları tələbə adını qazanmaları və müəllimlik peşəsini seçdikləri üçün təbrik ediblər.
Tələbələrlə öz fikirlərini bölüşən professor Cəfər Cəfərov son günlər ərzində ermənilərin genişmiqyaslı təxribatı nəticəsində hərbi qulluqçularımız arasında şəhidlərin olmasını qeyd edərək, onlara Allahdan rəhmət diləyib, şəhidlərin qanının yerdə qalmadığını vurğulayıb.
Rektor bildirib ki, bu gün bütün gənclərimiz informasiya savaşında ayıq və aktiv olmalı, eyni zamanda, öz ixtisaslarını dərindən mənimsəmək üçün məsuliyyətlə çalışmalıdırlar.
C.Cəfərov diqqətə çatdırıb ki, Pedaqoji Universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi, müasir dövrün tələblərinə cavab verən tədris mühitinin yaradılması istiqamətində xeyli imkanlar var və bu imkanlar durmadan təkmilləşdirilir. Tələbələr peşəkar alimlərdən dərs almaq imkanı ilə yanaşı, universitetin sosial həyatında aktiv iştirak edə, tələbə təşkilatlarında fəaliyyət göstərə, o cümlədən operativ sosial media hesabları və veb-səhifə üzərindən ən son məlumatları ala bilər və onları maraqlandıran bütün suallara yerindəcə cavab ala bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər