
Görüşdə rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, ölkədə müəllim peşəsinə olan maraq və tələblər haqqında məlumat verib.
Görüşdə Avstriya ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları da müzakirə edilib. Peşəkar müəllim yetişdirməyin əhəmiyyətindən, eləcə də Avstriyadakı ali təhsil müəssisələrindən, müəllim peşəsi üçün qoyulan tələblərdən bəhs edən Andreas Weissenback göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sonda Andreas Weissenback ADPU-nun tədris binası ilə tanış olub.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi