Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji forumunun XI dinləməsi keçirilib.
Tədbirdə Türkiyənin Boğaziçi Universitetinin professoru Bülent Himmetoğlunun məruzəsi dinlənilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimlər iştirak ediblər.
Rektor Cəfər Cəfərov məruzəçi haqqında məlumat verərək bildirib ki, Türkiyənin Boğaziçi Universitetinin professoru Bülent Himmetoğlu pedaqogika elminin mahir bilicilərindəndir. Bülent Himmetoğlunun müəllimlik peşəsinin bariz nümunəsi olduğunu deyən rektor qeyd edib ki, müəllim olmaq istəyən şəxs peşəsini sevməli, tələbələrlə işləməkdən, onlara bilik öyrətməkdən zövq almalıdır.
Sonra Bülent Himmetoğlu “Öyrətmək müqəddəsdir (50 illik təcrübə işığında)” mövzusunda məruzə ilə çıxış edib. Bülent Himmetoğlu bildirib ki, müəllimlər cəmiyyətin memarı, gələcək nəsillərin yaradıcısı olmaqla yanaşı, insan həyatında önəmli yer tuturlar. Müəllim-tələbə münasibəti zamanın tələbinə uyğun qurulmalıdır. Müəllim vicdanlı, insaflı, ədalətli olmalıdır. İnsanlara, faktlara, hadisələrə obyektiv qiymət verməyi bacarmalı, düzlüyü təlqin etməlidir. Müəllim əməyinin nəticəsində parlaq zəkalı və istedadlı gənclər yetişdirilir.
Bülent Himmetoğlu müəllimlərə uğurlar arzulayıb və bu müqəddəs peşənin sahibləri haqqında yazdığı kitabını universitetin kitabxanasına hədiyyə edib.

ADPU-nun Mətbuat Xidməti