Gələn il təhsilə və səhiyyəyə nə qədər vəsait ayrılacaq?

Gələn il təhsilə və səhiyyəyə nə qədər vəsait ayrılacaq? Azərbaycanda 2023-cü il üçün təhsil və səhiyyə sahəsinə nə qədər vəsait xərclənəcəyi ilə bağlı proqnoz açıqlanıb.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Gələn il Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin 4 403,8 milyon manat olması gözlənilir.
2022-ci il üçün bu vəsait 3 886,6 milyon manat olub.
Səhiyyə xərclərinə isə cari illə müqayisədə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait proqnozlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər