
Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən istiqrazların 13 buraxılışı həyata keçirilib, cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 milyon manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8 faiz) maliyyələşdirilməsinə yönəldilir.
Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 534,6 milyon manatdır ki, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.
Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsindən Fonda 50 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Artıq bu vəsait tam həcmdə Fondun hesabına daxil edilib. Ümumilikdə, 2005-2017-ci illər ərzində dövlət büdcəsindən Fonda 366 milyon manat məbləğində vəsait daxil olub.
Tehsil-press.az