DİM-də Kembric ingilis dili üzrə kvalifikasiyalar haqqında vebinar keçirilib

DİM-də Kembric ingilis dili üzrə kvalifikasiyalar haqqında vebinar keçirilib Dövlət İmtahan Mərkəzi (DİM) “Cambridge University Press & Assessment English” ilə birgə ingilis dili üzrə kvalifikasiyalar barədə vebinar keçirib.
Vebinarda “Cambridge University Press & Assessment English”in Ukrayna və Qafqazda biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk "Kembric ingilis dili üzrə kvalifikasiyalar" barədə ətraflı məlumat verib. O, beynəlxalq tanınma, səviyyə imtahanları (A1, A2, B1, B2), əlçatan hazırlıq imkanları, nailiyyət yönümlü nəticələr və müddətsiz sertifikat haqqında danışıb.
Sessiya zamanı DİM-in beynəlxalq imtahanlara vahid qeydiyyat platforması barədə məlumat verilib və qeydiyyat prosesi izah edilib. Vebinar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment English” qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.
2022-ci ilin sonunadək DİM-də keçiriləcək Kembric imtahanlarının tarixləri Mərkəzin saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər