Səkkiz ayda BDU-nun Hirş indeksi 4 bal artıb

Səkkiz ayda BDU-nun Hirş indeksi 4 bal artıb Təhsil-elm-istehsalat triadası üzrə kreativ düşüncəli və konvergens biliklərə malik mütəxəssislərin hazırlanmasını, ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş sənayeyönümlü elmi-tədqiqat mərkəz və laboratoriyaların yaradılmasını özünün əsas prioritetlərindən biri kimi inkişaf etdirən Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi 53 olub.
“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, cari ilin ilk 8 ayı ərzində BDU-nun Hirş indeksi 4 bal artaraq 53-ə çatıb. Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 6,2-yə qədər yüksəlib.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3629 elmi əsər nəşr edilib. Bu əsərlərə 22 mindən çox istinad olunub. Bu ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 162 əsər nəşr edilib və həmin əsərlərə 3400-dən çox istinad olunub.
Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.

Tehsil-press.az

Oxşar xəbərlər