Bakı Dövlət Universitetində (BDU) 27 Mart – Azərbaycan Respublikasında Elm Gününə həsr olunan “BDU – elm və təhsilin qovuşduğu məkan” mövzusunda konfrans keçirilib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında Elm Gününün təsis olunmasının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Ölkəmizdə elmin yüksək sürətlə inkişafı ulu öndər, Bakı Dövlət Universitetinin məzunu Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə böyük dönüş və milli oyanış başlayıb, Azərbaycanda elmin mühüm strateji istiqamətləri müəyyənləşdirilib, mükəmməl təşkilati işlər həyata keçirilib. Məhz bu illərdə BDU-da da elmin və təhsilin sürətli tərəqqisi, elmi əməkdaşlıq əlaqələrinin genişlənməsi və elmi-texniki təşkilati işlərin təkmilləşdirilməsi mümkün olub. Müasir müstəqil Azərbaycan dövlətinin ilk illərində yaranan siyasi böhrana, iqtisadi tənəzzülə, vətəndaş müharibəsi təhlükəsinə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra birdəfəlik son qoyulub, elmi potensialın milli sərvətimiz olaraq qorunması və inkişaf etdirilməsi yenidən dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev bütün sferalarda olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ulu öndər Heydər Əliyevin ənənələrini davam etdirir. Azərbaycanda elmi islahatların aparılması, elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin respublikada elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq dövlət proqramları, fərman və sərəncamlar, xüsusilə də dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanı ilə qüvvəyə minən “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizin elm salnaməsinə müstəsna əhəmiyyətə malik tarixi sənəd kimi daxil olub.
Rektor çıxışında vurğulayıb ki, öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən BDU-da hər il Elm Gününə həsr olunan tədbirlər həyata keçirilir. İki ildir ki, 27 Mart - Elm Günü münasibətilə BDU-nun əməkdaşları arasında “İlin alimi” müsabiqəsi elan olunur, bütün fakültələrdə silsilə elmi seminarlar, ustad dərsləri təşkil edilir. “Clarivate Analytics” beynəlxalq informasiya agentliyinin rəsmi məlumatına əsasən, 2022-ci ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi (alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisi) artaraq 50 olub. Hər bir əsərə istinadların orta sayı isə 559-a qədər yüksəlib. BDU-nun əməkdaş, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3477 elmi əsər dərc olunub. Bu əsərlərə 19521 dəfə istinad edilib. Təkcə 2021-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 283 əsər nəşr etdirilib və bu əsərlərə 4810 dəfə istinad olunub ki, bu da 2018-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.
Sonra BDU-da 2021-ci il üzrə keçirilmiş elmi tədbirlər və “TEXNOFEST-2022” ilə bağlı videoçarxlar nümayiş olunub.
Tədbirdə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və Virusologiya Elmi-Tədqiqat Laboratoriyasının (ETL) müdiri professor Xudaverdi Qənbərov “Mikrobların yaratdığı xəstəliklər və onlardan qorunma yolları”, Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov “Nüvə maqnit rezonansı spektroskopiyasının tətbiq imkanları”, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov “BDU tələbələrinin elmi-tədqiqat və mühəndis-texniki yaradıcılıq fəaliyyəti”, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli “Klassik poeziyanın azərbaycanlı nümayəndələrinin yaradıcılığında oyun adları ilə bağlı linqvopoetik sahə”, Filologiya fakültəsinin Türkoloji araşdırmalar ETL-in elmi işçisi Pərvin Eyvazov “Müasir türkologiya: problemlər və perspektivlər” mövzularında məruzələr ediblər.
Konfransın sonunda BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin qalibləri elan olunub.
Tehsil-press.az