Məşhur brend Rusiyada istehsalı tamamilə dayandırır, işçiləri ixtisar edir

Məşhur brend Rusiyada istehsalı tamamilə dayandırır, işçiləri ixtisar edir “Toyota Motor Corp” Rusiyadakı yeganə zavodunda avtomobil istehsalını dayandırmaq qərarına gəlib.
Yaponiyadakı fabriklərdə hələ də avtomobil istehsal edən şirkət üçün bu addım qeyri-adidir.
Qeyd olunur ki, avtomobil istehsalçısı mart ayında Sankt-Peterburqdakı zavodunda işləri dayandırıb. Buna baxmayaraq, “Toyota” bütün işçilərini zavodun istehsalı bərpa olunduqda yenidən çalışsınlar deyə saxlayıb.
"Altı aydan sonra biz normal fəaliyyəti bərpa edə bilmədik və gələcəkdə fəaliyyətimizi bərpa edə biləcəyimizə dair heç bir əlamət görmürük", - deyə şirkətin açıqlamasında bildirilir.

Tehsil-press.az


Oxşar xəbərlər