"Volkswagen" ən çox avtomobil istehsal edib

Almaniyanın "Volkswagen" şirkəti bu ilin altı ay ərzində dünyada ən çox avtomobil istehsalçısına çevrilib. Bu barədə Tehsil-press.az "Autocar" portalına istinadən xəbər verir.

Yanvar-iyun ayları ərzində şirkət 5,27 milyon avtomobil istehsal edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % çoxdur.
Yaponiyanın "Toyota" şirkəti isə yarım il ərzində 5 milyon (keçən illə müqayisədə 0,6 % daha az) avtomobil istehsal edib. Reytingin üçüncü yerində ABŞ-ın "GM" konserni durur. Amma bu şirkətin istehsalı barədə dəqiq rəqəmlər göstərilmir.
"Volkswagen" şirkəti həmçinin bu il ərzində dünyada satılan avtomobillər üzrə də birinci yerdədir - 5,2 milyon. İkinci yerdə (4,99 milyon) yenə "Toyota" (o cümlədən Lexus, Daihatsu и Hino markaları ilə) şirkəti gəlir. Reytingin üçüncüsü isə "GM"dir - 4,76 milyon avtomobil.


Tehsil-press.az

Oxşar xəbərlər