"Toyota" 3 milyon avtomobilini geri çağırır - SƏBƏB?

Yaponiyanın "Toyota Motor" avtomobil şirkəti bütün dünyada 2,9 milyon avtomobilini geri çağırır.

Təhsil-press.az-ın məlumatına görə, bu qərar "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarındakı problemlərlə əlaqədardır.
Məlumatda qeyd olunur ki, problemlər "Toyota Corolla" və "Toyota RAV4" modellərində aşkar edilib.
Ayrı-ayrılıqda Yaponiyada 750 min, Çində 650 min, Yaxın Şərqdə və Okeaniyada 1,16 milyon avtomobil geri çağırılıb.

Təhsil-press.az

Oxşar xəbərlər