ABŞ-dan illər sonra Çinə sanksiya

ABŞ-dan illər sonra Çinə sanksiya ABŞ 28 Çin şirkətinə superkompüter və yarımkeçiricilər istehsalı üçün məhsul tədarükünə məhdudiyyətlər qoyub.
Bu barədə ABŞ-ın Ticarət Nazirliyinin açıqlamasında bildirilir.
“Nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu superkompüterlərin və yarımkeçiricilərin istehsalı üçün məhsullar üzrə əməliyyatlara nəzarəti genişləndirir”, - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, yeni sanksiyalar Çində yerləşən 28 hüquqi şəxsə çatdırılma üçün lisenziyalaşdırılmalı olan malların çeşidini genişləndirir.
Qeyd olunur ki, bu, ABŞ-ın 1990-cı ildən Çinə qarşı tətbiq etdiyi ən böyük sanksiyadır.

Tehsil-press.az


Oxşar xəbərlər