Rusların hücumundan sonra küçədə qalan meyitlər...

Rusların hücumundan sonra küçədə qalan meyitlər... Rusiya hərbçilərinin Ukraynanın Avdeyevka şəhərini atəşə tutulması nəticəsində azı 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko rusların insanların çox olduğu mərkəzi bazarı vurduqlarını bildirib.
“Belə zərbələrin heç bir hərbi məntiqi yoxdur, məqsəd sadəcə olaraq, mümkün qədər çox insan öldürmək və başqalarını qorxutmaqdır”, - o deyib.
Kirilenko sakinləri təhlükəsiz yerə təxliyə olunmağa çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər