Xarkova raket zərbələri endirildi - 3 ölü, 2 yaralı

Xarkova raket zərbələri endirildi - 3 ölü, 2 yaralı Rusiya ordusu Xarkov şəhərinə raket zərbələri endirib.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib:
“Təəssüf ki, zərbələr nəticəsində dinc sakinlər ölür və yaralanır. Təkcə bu gün 3 nəfər həlak olub. Xarkov sənaye rayonunun gündüz saatlarında atəşə tutulması nəticəsində 2 nəfər yaralanıb. Son bir neçə gündə Xarkovun atəşə tutulması gecə saat 23:00-00:00 arasında qeydə alınıb”.
Atışmalara baxmayaraq, sakinlər Xarkova qayıtmaqda davam edir. İlkin məlumatlara görə, artıq şəhərdə 700 minə yaxın sakin yaşayır. Bu, xarkovluların, demək olar ki, yarısıdır.

Tehsil-press.az



Oxşar xəbərlər