Rusiya Krım körpüsünə hücumun arxasındakı adları açıqladıqdan sonra Ermənistanda ciddi bir panika yaşanır. Onları əslində qorxuya salan “Krım körpüsü işi”ndə Ermənistan vətəndaşının həbs olunması deyil, partlayıcı maddə daşıyan yük avtomobilinin asanlıqla Ermənistan gömrüyündən keçməsidir.
Axar.az xəbər verir ki, erməni rəsmiləri az qala hər gün bu partlayışla bağlı özlərinə bəraət qazandıran məqamlar tapmağa çalışırlar. Ermənistan Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi bu məsələdə daha çox canfəşanlıq edir. Əvvəlcə rəsmi qurumlar iddiaları araşdırmaq üçün cinayət işi başlatıqlarını bildirdilər. Yük maşının Avrasiya İqtisadi İttifaqının təcrübəsinə uyğun olaraq texniki baxışdan keçildiyini və heç bir şübhəli hal aşkarlanmadığını vurğuladılar:
“Yük Ermənistanda rentgen nəzarətindən, gömrük rəsmiləşdirilməsindən, sənədləşmə və ixrac proseslərindən lazımi qaydada və qanuni şəkildə həyata keçirilib”.
Ardınca isə İstintaq Komitəsi yük maşınının detallı şəkildə yoxlanılmasını əks etdirən şübhəli foto və video məlumat yaydı. Məgər İrəvan gömrükdən keçən hər bir maşınları bu qədər detalla yoxlayır?
Bu isə təbii ki, ortaya sual çıxarır: bəlkə şəkillər və video öncədən bəraət üçün çəkilib?
Bu, şübhələri Zəngəzur regional gömrük idarəsinin keçmiş rəisi Aşot Minasyanın açıqlaması daha da qüvvətləndirir.
“Ermənistanda gömrük rəsmiləşdirilməsi prosesində rentgen kameralarından istifadə olunur. Rentgen kameraları yükün içərisində nə olduğunu göstərir. Ola bilsin ki, partlayıcı maddə metal hissəsi kimi yox, homojen bir kütlə kimi, bəlkə də plastilin kütlə kimi görünüb. Amma hər bir halda rentgen aparatında hər şeyi görünür”.
Ermənilərin yaydığı rentgen görüntülərində partlayıcı maddələrin gizlədildiyi tikinti “plyonkalı” altlıqların konturları aydın şəkildə görünür. Burdan isə keçid məntəqəsində yük maşının necə “ciddi” və “məsuliyyətlə” yoxlanıldığı ortaya çıxır.
“Krım körpüsü işi”ndə Rusiya rəsmilərindən və mediasında daha çox məlumat yayan ermənilərin canına vəlvələ salan da məhz budur. Çünki yük məhz Ermənistanda yenidən sənədləşdirilib və Gömrük İttifaqının tələblərinə uyğunlaşdırılıb. Ermənistan Gömrük İttifaqının üzvü olduğu üçün onun yenidən sənədləşdirildiyi mallar Rusiya sərhədçiləri və gömrükçüləri tərəfindən ciddi yoxlamaya məruz qalmayıb.
Başqa şəkildə desək, Ermənistan Ukraynanın göndərdiyi partlayıcının bilərəkdən, ya bilməyərəkdən-səhlənkarlıqdan Rusiya ərazisinə ötürülməsinə şərait yaradıb.
Qeyd edək ki, məlum hadisədən sonra Yuxarı Larsda erməni yükləri daha ciddi yoxlanılır. Rusiya açıq-aşkar artıq Ermənistanın sənədləşməsinə inanmadığını nümayiş etdirir.
Tehsil-press.az