BDU-da tədbir: Qarabağın təbii sərvətləri və mədəni irsi

BDU-da tədbir: Qarabağın təbii sərvətləri və mədəni irsi Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunan “Qarabağın təbii sərvətləri və mədəni irsi” adlı tədbir keçirilib.
Tədbirdə Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki, işğal dövründə ərazilərimizdə ermənilər tərəfindən otuz ilə yaxın müddətdə vandalizm siyasəti həyata keçirilib, təbii sərvətlər, infrastruktur vəhşicəsinə talan edilib, tarixi abidələrimiz dağıdılıb.
Vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etdikdən sonra bütün dünya düşmənin törətdiyi bədnam əməlləri, ekoloji problemləri gördü və görür.
F.Kərimli gəncləri erməni yalanlarını ifşa etmək üçün bütün istiqamətlərdə davamlı fəaliyyət göstərməyə çağırıb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov erməni millətçilərinin terrorçu mahiyyəti, insanlığa qarşı törətdikləri cinayətlər barədə tələbələrə məlumat verib. Bildirilib ki, Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi ölkə kimi tanınır.
Kimya fakültəsinin tələbələri - Aytac Vəliyeva “İşğal faktının mədəni irsimizə təsiri”, Hüseyn Quluzadə “İşğaldan azad edilmiş ərazilərimizin təbii sərvətləri və erməni vandalizmi“, Daşqın Abdulla “Azərbaycan təbiətinə qarşı ekoloji terror” mövzularında çıxış ediblər.
Sonra fakültə Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayevin rəhbərliyi ilə hazırlanmış videoçarx təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər