NATO Parlament Assambleyasının iclası keçirilir

NATO Parlament Assambleyasının iclası keçirilir Bu gün İspaniyanın Madrid şəhərində NATO Parlament Assambleyasının 68-ci illik toplantısı işə başlayır.
Bununla bağlı NATO-nun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, sessiyalarda Ukraynaya dəstək, Rusiyanın başlatdığı müharibəyə münasibət, NATO-nun iyunda keçirilən toplantısında qəbul edilən qərarların icrası, NATO-nun çəkindirmə və müdafiə mövqeyinin gücləndirilməsi, kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq.
İllik toplantı bu gün başlayaraq 4 gün davam edəcək. İclaslarda NATO-ya üzv 30 ölkə və 21 ölkədən 288 parlament və qurumlar bir araya gələcək.

Tehsil-press.az


Oxşar xəbərlər