Erməniləri narahat edən qətnamə NATO PA-da qəbul olundu

Erməniləri narahat edən qətnamə NATO PA-da qəbul olundu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsinin suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnaməsi müzakirəyə çıxarılıb.
Bu barədə Tehsil-press.az sessiyada iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, qətnamə səsə qoyularaq qəbul olunub: "Bu, NATO PA tərəfindən qəbul edilən ən vacib sənədlərdən biridir. Sənəddə suveren ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi qeyd olunur".
O əlavə edib ki, sənədin qəbulu Ermənistan nümayəndə heyəti tərəfindən narahatlıqla qəbul olunub.
Qeyd olunan sənəd ötən gün ABŞ nümayəndə heyətinin təşəbbüsü ilə NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsində qəbul olunmuşdu. Ermənistan nümayəndə heyəti sənədə etirazını bildirmişdi.
Bu gün isə sənəd NATO PA-nın sessiyasında qəbul olunaraq PA-nın sənədi statusunu qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər