
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı bildirib.
“Xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Hər ikisi iclasın keçirilməsinə görə Amerika tərəfinə təşəkkürünü bildirib”, - Prays deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın sonuncu görüşü noyabrın 7-si Vaşinqtonda baş tutub.
Tehsil-press.az