
Tədbirə ABŞ, Türkiyə, Avstraliya, Bəhreyn, Bolqarıstan, Kanada, Çin, Çexiya, BƏR, Misir, Finlandiya, Fransa, İtaliya, İsrail, Yaponiya, Qazaxıstan, Latviya, Rusiya, Böyük Britaniya və digər ölkələrin qabaqcıl universitetlərindən nümayəndələr qatılıb. 3 gün davam edən tədbirin birinci günü rəsmi çıxışlar və salamlamalarla başlayıb. Tədbirin ikinci günü AzMİU əməkdaşları universitetlər və onların rəhbərlikləri, təhsil şirkətləri ilə görüşlər keçiriblər.
Tədbirin sonuncu günü isə tələbələr üçün təhsil sərgisi keçirilib. Universitet təmsilçiləri tələbələrə AzMİU-nun tanıtım materialları, bröşurlar təqdim edib, onları qəbul qaydaları ilə tanış ediblər. Səfərdə olduqları müddətdə universitet nümayəndələri AzMİU-nun əməkdaşlıq etdiyi Portuqaliyanın Leria Universitetinin təmsilçiləri ilə də görüşüblər.
AzMİU-nun Mətbuat Xidməti