Pedaqoji Universitetin əməkdaşları üçün keçirilən beynəlxalq təlim kursu yekunlaşıb

Pedaqoji Universitetin əməkdaşları üçün keçirilən beynəlxalq təlim kursu yekunlaşıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Yamayka və Karib hövzəsi regional institutlarında media dərəcəsini bitirmiş, Londonda nüfuzlu UCL IOE-də magistr dərəcəsi və Honq Konq Universitetinin Təhsil fakültəsində PhD dərəcəsi almış təlimçi Nadin Muşet tərəfindən üçaylıq “Tədqiqat məqalələrinin yazılması və nəşri” mövzusunda təlim keçirilib.
Təlimin əsas mahiyyəti tədqiqat məqalələrinin yazılması və resenziyalı jurnallarda dərc olunması üçün iştirakçılara dəstək verməkdır.
Sonda qiymətləndirmə üçün müdavimlər təlimçiyə məqalə təqdim edərək uyğun jurnalların seçilməsi ilə bağlı müzakirələr aparıblar.
Təlimdə ADPU-nun professor-müəllim heyəti iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər