BDU-nun tələbələri BP-nin təcrübə proqramı barədə məlumatlandırılıb

BDU-nun tələbələri BP-nin təcrübə proqramı barədə məlumatlandırılıb BP şirkətinin əməkdaşları ilə Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi tələbələrinin görüşü olub.
Görüşdə Kadrlar şöbəsinin əməkdaşları Xədicə İsmayılova, Mehriban Şıxzamanova, Nəzrin Nağıyeva BP-nin təcrübə proqramından danışıblar. Diqqətə çatdırılıb ki, təcrübə proqramı rəqabətədavamlı əməkhaqqı almaq, yüksəkixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışmaq, maraqlı layihə və əməliyyatlarda iştirak imkanı qazandırır. Proqram tələbələrə, eyni zamanda, uğurlu karyera üçün lazım olan texniki və fərdi bacarıqları inkişaf etdirmək şansı yaradır.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər