BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində tələbələr üçün  Dövlət Məşğulluq Agentliyi və “Paşa Sığorta” tərəfindən “Karyera planlaması” mövzusunda “workshop”lar keçirilib.

“Paşa Sığorta” əməkdaşı Leyla Cəfərli qeyd edib ki, düzgün karyera quruculuğu üçün peşəkar şəxsiyyət kimi formalaşmaq və inkişaf planını hazırlamaq zəruri şərtdir. Karyera planlamasında özünüqiymətləndirmənin, karyeraya fayda qazandıran bacarıqların inkişaf etdirilməsinin, əzmkarlıq və qərarlılığın, məsuliyyətin, məqsədyönlülüyün rolu vurğulanıb.

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Xanoğlan Sadiq isə karyera planlamasının peşə məqsədlərinə nail olmaq üçün bələdçi rolunu oynadığını diqqətə çatdırıb. Karyera planlaşdırılmasında bacarıqların təkmilləşdirilməsi, peşəkar şəbəkənin genişləndirilməsi də uğura aparır.   

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər